Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildi
Cəmiyyət
1190
09:49, Bu gün

Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildi

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
 
Moderator.az saytı xəbər verir ki, təltiflə bağlı sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli, 899 nömrəli Fərmanına əsasən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib. 
Diaspor və lobbiçilik fəaliyyətində strateji addımları ilə tanınan Nuran Abdullayev Almaniyada “GFO Kliniken Troisdorf”un klinika direktorudur. Onun son illərdə həyata keçirdiyi diaspor fəaliyyəti geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, diaspor fəaliyyəti təkcə yaşayıb fəaliyyət göstərdiyi Almaniyada deyil, beynəlxalq səviyyədə də geniş tanınır. N.Abdullayevin Azərbaycanın haqlı mövqeyini müdafiə edən çıxışları, müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirakı və diaspor təşkilatlarının strateji planlamasında liderlik rolu ictimaiyyətdə xüsusi qeyd edilir.
Link kopyalandı!
Son xəbərlər