“Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
Cəmiyyət
329
23 Jan 2025 | 22:41

“Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO

“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçədə məhəlləarası yollar bərbad vəziyyətdədir. Şəxsən özüm qonşularla birlikdə 2 dəfə Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qəbulunda olmuşam. Məhəllənin işıqlandırılmasını özümüz xərc çəkib etmişik. Onların quraşdırdığı işıqlar yanmırdı. 200-300 manatdan yığıb kanalizasiya xəttimizi düzəltmişik. Ondan sonra yollara asfalt qırıntısı alıb tökmüşük. Süleyman Mikayılov dedi ki, siz yolun alt hissəsini bərkidin, biz asfalt çəkərik. Bezmişik bu şəxsin əlindən, cana yığılmışıq. Yalandan vədlər verir, heç bir iş görmür. 1 aydır yağış yağmır, amma bizim məhəllədə su qurumur. Bərbad haldadır”
Bunu Moderator.az-a Lökbatan qəsəbə sakini, şikayətçi Cəlal Ağamalıyev deyib. Daha sonra həmin küçənin digər sakini əlavə edib:
 
“COP-29-a görə yalandan gəlib binanı ağardıb getdilər. Dedilər ki, sizin məhəlləyə də baxacağıq. Yenə də aldatdılar bizi. Bizdə problemlər bitib-tükənmir. Yol, işıq, kanalizasiya problemləri var. Ən əsası və vacibi yoldur. Bundan əlavə sahibsiz itlər də çoxdur. Günün günorta çağı, axşamın qaranlığında it əlindən hərəkət etmək olmur. Bir neçə dəfə sakinlərə hücum edib. Həyatımız təhlükədədir. Lökbatan qəsəbəsini yaddan çıxarıblar. Elə bil ki, belə bir qəsəbə yer üzündə yoxdur. 15-20 gündən bir İcra Hakimiyyətində görüş keçirilir. Yalandan hesabat verirlər ki, filan yer düzəldilib, bəhmən yer düzəldilib. Yalandan niyə məlumat verirsiniz ki? Artıq hər müraciətimiz cavabsız qalır” deyə şikayətçi iddia edərək bildirib.
 
P.S. İddialarla bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
Link kopyalandı!
Son xəbərlər