Bizi sosial şəbəkələrdən izləyin:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütbəlilərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.
Məlumata görə, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlanmasına çalışsa da, bu baş tutmayıb.