Orxan Əsgərovun atasından Azərbaycan səfirliyinə terror hücumu edən şəxsin edam xəbərinə REAKSİYA
Cəmiyyət
274
00:29, Bu gün

Orxan Əsgərovun atasından Azərbaycan səfirliyinə terror hücumu edən şəxsin edam xəbərinə REAKSİYA

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
 
Bu barədə məlumatı İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir açıqlayıb.
 
O bildirib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
 
Məhkəmənin bu qərarına səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərovun münasibəti isə belə olub:
 
"Təqribən bir il yarım əvvəl İran İslam Respublikasının baş prokurorunun müavini Azərbaycana gəlmişdi. O vaxt İran adından bizə başsağlığı verdilər, istintaqın gedişi ilə tanış etdilər. Orada müavin bildirdi ki, İslam qanununa əsasən, valideynlər ölüm hökmü və ya kompensasiya tələb edə bilərlər. Biz birmənalı şəkildə edam cəzası tələb etdik."
 
Ətraflı Baku TV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər