Ümumdünya Səhiyyə Təşkilatı güclü qanaxma və ölümə səbəb olan qorxunc xəstəlik barədə xəbərdarlıq edib
Cəmiyyət
633
21 Jan 2025 | 23:56

Ümumdünya Səhiyyə Təşkilatı güclü qanaxma və ölümə səbəb olan qorxunc xəstəlik barədə xəbərdarlıq edib

"Marburq hemorragik qızdırması nadir ağır xəstəlikdir və 88 faiz hallarda ölümə səbəb ola bilər..."
 
Marburq virusu artıq Ruanda boyunca onlarla insanın ölümünə səbəb olub. Tanzaniyada da vəziyyət pisləşir, burada indiyədək 8 ölüm halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrə də yayılmasından narahatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Walla" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, Marburq hemorragik qızdırması nadir, lakin çox ağır bir xəstəlikdir və virusun ştammından və müalicədən asılı olaraq xəstələrin 88 faizində ölümə səbəb ola bilər.
 
Bu xəstəlik əsasən Saxara səhrasının cənubunda yerləşən Afrika ölkələrində yayılıb. İlk dəfə 1967-ci ildə Almaniya və Serbiyada baş verən epidemiyalardan sonra aşkarlanıb.
 
Marburq virusu Afrikada və Orta Şərqdə mağaralarda yaşayan Nill yarasalarında aşkar edilib. Onlar virusu öz ifrazatları vasitəsilə insanlara və heyvanlara ötürə bilər.
 
Marburq virusu bioloji mayelərlə- qan, sidik, tüpürcək, tər, nəcis, qusma, ana südü, amniotik maye və ya sperma təmas vasitəsilə yayılır. Virus dəri yarası və ya göz, burun və ya ağızın selikli qişası vasitəsilə orqanizmə daxil ola bilər. O, hava-damcı yolu ilə ötürülmür.
 
Qızdırma, səpki və güclü qanaxma kimi simptomlar qəfildən ortaya çıxa və sürətlə pisləşə bilər. Marburq qızdırmasının müalicəsi yoxdur və bu infeksiya tez-tez ağır xəstəliklərə və ya ölümlə nəticələnir.
Link kopyalandı!
Son xəbərlər