Cəmiyyət
547
21 Jan 2025 | 21:42

"Moskva və Pekin daha ədalətli çixqütblü dünya nizamına tərəfdardır" - Putin

"Çin Ukrayna münaqişəsində neytral mövqedə olduğunu nümayiş etdirməyə çalışsa da, əslində ona dəstək verir..."
 
Çin Xalq Respublikasının lideri Si Tzsinpin və Rusiya Federasiyasının prezidenti Vladimir Putin yanvarın 21-də videobağlantı vasitəsilə danışıq aparıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Videoda Putin Çin liderinə əl yelləyir, onu "əziz dost" adlandırır və bu zəngi "hər ilin əvvəlində xoş ənənə" kimi təsvir edir.
 
Putinin sözlərinə görə, onlar Çin rəhbəri ilə iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı yeni planları müzakirə edib, çünki Pekin və Moskva, guya, daha "ədalətli çoxqütblü dünya nizamına" tərəfdar çıxır. Putin vurğulayıb ki, onların əlaqələri daxili siyasi amillər və mövcud dünya kontekstindən asılı olmayacaq.
 
"Biz Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası, ŞƏT, İyirmilik Qrupu, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı kimi digər çoxtərəfli platformalarda addımlarımızı əlaqələndiririk," - Putin bildirib.
 
O, qeyd edib ki, ötən ilin ilk 11 ayı ərzində Çin və Rusiya arasında ticarət dövriyyəsi 7 faiz artaraq 220 milyard dollardan çox olub. Putin Rusiyanı Çinin "beşinci ən iri ticarət tərəfdaşı" adlandırıb.
 
Yanvarın əvvəlində Tramp bildirib ki, Çin lideri ilə artıq nümayəndələri vasitəsilə danışıb və onların ortaq dil tapacağına inanır. Bundan əlavə, Amerika və Çin siyasətçiləri Trampın Ağ Ev rəhbəri kimi andiçmə mərasimindən əvvəl telefon danışığı aparıb. Onlar xüsusilə, Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi edib.
 
Inauqurasiyadan sonra Tramp bildirib ki, Putinlə görüşməyi planlaşdırır, lakin rusiyalı siyasətçinin Ukraynaya qarşı başladığı müharibəni bitirmək üçün saziş bağlamağa hazır olmayacağını ehtimal edir.
 
ABŞ-ın əsas geosiyasi rəqibi olan Çin Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcından etibarən neytral mövqe nümayiş etdirməyə çalışır və danışıqlara çağırır, lakin BMT-də tez-tez Rusiya ilə eyni mövqedə səs verir. KİV-in məlumatına görə, Çin Rusiyaya hərbi texnika tədarük edə bilər.
 
ABŞ-ın məlumatına görə, 2024-cü ilin yazında Çin Rusiyaya dəstəyini gücləndirərək, kəşfiyyat məlumatları, hərbi texnika üçün optik avadanlıq, raket yanacağı, tank istehsalı üçün dəzgahlar və digər məhsullar təqdim edir. O vaxt ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Çin Rusiyanın əsas hərbi dəzgah tədarükçüsüdür.
 
Oktyabrın 17-də ABŞ Rusiyaya PUA istehsalında kömək etdiyinə görə Çin şirkətlərinə qarşı ilk sanksiyaları tətbiq edib. Noyabrın 15-də "Frankfurter Allgemeine Zeitung" üç mənbəyə istinad edərək bildirib ki, Çin ilk dəfə Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün silah təqdim edib.
 
Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının iclasında Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gen Şuan Ukraynadakı müharibə tərəflərini "təcili olaraq" danışıqlar masasına oturmağa çağırıb.
Link kopyalandı!
Son xəbərlər