Bizi sosial şəbəkələrdən izləyin:
Göz yaşları heç vaxt qurumayacaq, bu ağrı Azərbaycan Hava Yollarının təyyarə qəzasında həlak olanların yaxınlarının qəlbində əbədi qalacaq. Qaranı ağartmaqdan, ağı qaraltmaqdan əl çəkə bilməyənlər isə işə başlayıblar.
Bu barədə "Caliber"in Yutub kanalının yeni buraxılışında bildirilir.
"Bu günlərdə Rusiyanın "Baza” Teleqram kanalı təyyarənin ekipajının Rusiya və Qazaxıstan hava limanlarında dispetçerlərlə söhbətlərinin səsyazma stenoqramını dərc edib. Bu məlumatın ardınca dərhal yuxarıdan verilən tesizlərdən sonra çoxsaylı nəşrlər dərc olunub, stenoqramın Bakının yanlış olduğunu sübuta yetirdiyi bildirilib. Yeri gəlmişkən, təəccüblü deyil ki, bu dalğa dərhal Ermənistanda da baş qaldırıb və onlar hətta Teleqram kanalının Bakının "böhtana görə" Moskvadan üzr istəməli olduğunu da deyiblər", - buraxılışda vurğulanıb.
Daha ətraflı videomaterialda: