Bakı küçələrinin adlarını kim müəyyənləşdirir? - Fuad Poladov, Əhməd bəy Ağaoğlu...
Cəmiyyət
468
13:15, Bu gün

Bakı küçələrinin adlarını kim müəyyənləşdirir? - Fuad Poladov, Əhməd bəy Ağaoğlu...

Ötən gün Şuşada Əhməd bəy Ağaoğlu küçəsinə rastladıq. Bir neçə gün öncə də sosial şəbəkələrdə mərhum xalq artisti Fuad Poladovun adına küçənin salınması böyük maraq doğurmuşdu. Sevindirici haldır ki, xalqın sevimlilərinin adını daima yaşatmaq üçün onların adlarına küçələr salınır. Bəs görəsən bu adlar necə təsdiqlənir və küçələrə ad verilərkən əsas meyar nələr götürülür? 
 
Sözügedən mövzunu Moderator.az araşdırdı. Saytımızın əldə etdiyi məlumata əsasən 1919-cu ilin sonunda Bakı Şəhər və Rayon  İcra hakimiyyətlərinə tapşırıq verildi. Onlar hamısı öz ərazlərdində olan adsız, eyni zamanda adı dəyişdirilməyə lazım bilinən küçələrin adlarını müəyyən edib. Ondan sonra  hər rayon özünün adlarını təklif olaraq irəli sürüb.  Bundan sonra İcra Hakimiyyətlərinə şəhidlər, elm xadimləri, məşhurlar, tanınmış şəxsiyyətlərə bağlı siyahılar təqdim edilib. 
 
Bakı şəhərinin inzibati ərazisindəki küçələrin bəzilərinin adı sovetlər dönəmindən qalma adlar olduğundan onlar mərhələli şəkildə dəyişdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılır. Bu gün də bu prosses gedir, bu sahədəki işlər nizama salınır. Bununla əlaqədar BŞİH-də Komissiya fəaliyyət göstərir, paytaxt rayonlarından daxıl olan təkliflər araşdırılır və növbəçilik əsasında adsız küçələrə ad verilir və həmçinin adının dəyişdirilməsinə ehtiyac duyulan küçələrin adı dəyişdirilir. 
Küçə adları ilə bağlı daxıl olmuş təkliflər Bakı Şəhər İcra Hakimiyyətində araşdırılır, adsız və yeni ad verilməsi zərurəti yaranan küçələrə ad verilməsi ilə bağlı müvafiq sərəncam verilir.
Məlumat üçün bildiririk ki, Bakı şəhəri üzrə 2022-2024-cü illər ərzində 1206 adsız küçəyə ad verilib, 179 küçənin adı dəyişdirilib. Xüsusi olaraq qeyd edilməlidir ki, son il ərzində 178 küçəyə şəhid adı verilib və ümumiyyətlə Bakı şəhərində 425 küçə şəhid adı daşıyır.
 
 
Link kopyalandı!
Son xəbərlər