İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir - TƏBİB
Cəmiyyət
354
19 Jan 2025 | 20:49

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir - TƏBİB

10.01.2025-ci il tarixində saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
 
Bu barədə TƏBİB-dən bildirilib.
 
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
 
17.01.2025-ci il tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
 
18.01.2025-ci il tarixində vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Link kopyalandı!
Son xəbərlər