Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "KİA" markalı, 01-CL-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Şükürov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.