Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın kriptovalyutası ilə ticarətin həcmi bir gündə 11.17 milyard dollara çatıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, "$Trump" valyutasının dəyəri bir gündə 7 dollardan 38 dollara, yəni 5.5 dəfə artıb.
İqtisadçılar Trampın "bitcoin"ə qeyri-məhdud azadlıq verəcəyini, o cümlədən onun hökumət ehtiyatlarına mümkün daxil edilməsini və ABŞ dövlət borcunun kriptovalyuta ilə ödənilməsini gözləyirlər.