Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurduqlarını iddia ediblər
Cəmiyyət
425
18 Jan 2025 | 21:00

Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurduqlarını iddia ediblər

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri ballistik raketlə İsrailin Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin binasına hücum edib.
 
Bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.
 
"Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin müdafiə nazirliyinə “Zülfikar” ballistik raketi ilə zərbələr endirib", - deyə Səriyə bildirib.
 
Husilərin nəzarətində olan “Al Masirah” telekanalının verdiyi məlumata görə, raket hədəfi yüksək dəqiqliklə vurub və İsrailin hava hücumundan müdafiə sistemləri onu saxlaya bilməyib.
 
İsrail ordusunun mətbuat xidməti isə bu gün gün ərzində Yəməndən atılan iki raketi ələ keçirdiyini açıqlayıb.
Link kopyalandı!
Son xəbərlər