Bizi sosial şəbəkələrdən izləyin:
“Çimnazın ölüm xəbərini eşitdim və çox-çox pis oldum. Sözün düzü öncə onun rəhmətə getməyinə inanmadım. Düşündüm ki, piar üçün edilib. Bəzən axı məşhurlar edir. Sonra həqiqət olduğunu gördüm və hönkürtü ilə ağladım. Yanımdakılar dedi ki, bunun ürəyinə bax da. Dedilər ki, vaxtilə Çimnaz nəsə pozğun sözündən tutmuş bir çox təhqirlər dedi. Mən də dedim ki, deyib-deyib də. Onun psixoloji problemləri var idi. Bu insandan mən niyə inciməli idim? Onun başı yerində deyildi.. Mən ona heç nə deməmişdim, sadəcə olaraq dediyi sözlərin qarşılığında məcbur qalıb nəsə dedim. Mən sadəcə Çimnaza demişdim ki, efirdə elə şeylər var ki, etmək olmaz. O mənim bu sözümü bəyənməmişdi. Mən bir yana hətta qızımı da təhqir etdi, şəkillərimizi paylaşmışdı. Mən yenə də ona cavab vermədim. Çimnazla şəxsi problemim olmayıb”
Bunu Moderator.az-a açıqlamasında aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra əlavə edib:
“Mən heç kimə kin saxlamıram, düşmənçilik etmirəm. İnsanları bağışlayıram, imanlı insanam. Cavan idi. Heç 50 yaşına da çatmadı. Xəstəliyi də mənə müəmmalı qaldı. Çünki heç vaxt danışmayıb və bildirməyib. Allah günahlarını bağışlasın. Kiməsə nəsə deyibsə ona görə də Allah onu bağışlasın. Çimnaz bütün bu səhvləri bilmədən edib. Bilsəydi ki, bu günahdır, nəsə pis bir hərəkətdir bəlkə də etməzdi. Ona sadəcə bunlar çatmırdı. Mən onu bağışlamışam. Halallıq verirəm. Çoxdan ona halallıq vermişəm. Sanki yaxın adamım rəhmətə getmiş kimi üzülmüşəm. Yasına getməyəcəm. Bu Çimnazla aramızda olan hadisələrə görə deyil. Mən ümumiyyətlə yas yerlərinə gedə bilmirəm. Ürəyim gedir, başım gicəllənir. Mənə çox pis təsir edir. Onun üçün dua edəcəm ki, rəbbim yanında olsun. Bu insan artıq rəhmətə gedib. O haqq dünyasındadır, biz nahaq dünyadayıq. İnsanlar ya heç nə yazmasınlar, ya da bir kəlmə yazsınlar ki, Allah rəhmət etsin. Heç kim bilmir ki, başına nə gələcək? Necə dünyasını dəyişəcək? Ona görə də sözlərinə diqqət etsinlər” deyə aktrisa bildirib.