Bizi sosial şəbəkələrdən izləyin:
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
"Report"un məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allahdan mərhumlara rəhmət, ailələrinə səbir diləyirəm".