Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1200 AZN-dək
Cəmiyyət
1449
17 Jan 2025 | 13:00

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1200 AZN-dək

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Hazırda işğaldan azad edilmiş ərazilər üzrə müxtəlif peşələr üzrə mvövcud vakansiyalar mövcuddur.

Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir. Ağdam, Laçın Kəlbəcər, Xankəndi rayonları üzrə vakansiyalar Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunur. Əmək haqqları 350-1200 AZN arasında dəyişir.

Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir. CV göndərərkən elektron poçtunuzda "mövzu" hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz. /BAKU.WS/

 

 

 

 

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər