Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndi
Cəmiyyət
296
17:04, Bu gün

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, sənədlə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247) 79.1.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 79.1.11-ci maddə əlavə olunur:
 
"79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının.".
 
Beləliklə, dəyişikliklə elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları tikintisinə icazə tələb olunmayan tikinti obyektləri siyahısına daxil edilir.
 
Link kopyalandı!
Son xəbərlər