Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
Cəmiyyət
405
15:54, Bu gün

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanvarın 17-də Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcək.
 
FHN-dən Moderator.az-a verilən xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Link kopyalandı!
Son xəbərlər