Ötən il DƏMX-yə daha çox hansı sahələrdən müraciətlərin daxil olduğu açıqlandı
Cəmiyyət
1459
15 Jan 2025 | 15:26

Ötən il DƏMX-yə daha çox hansı sahələrdən müraciətlərin daxil olduğu açıqlandı

Ötən il müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub.
 
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.
 
Bildirilib ki, quruma daxil olan 23 min 222 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb, bununla yanaşı, 19 min 496 sorğu və məktuba baxılıb.
 
Dövlət Xidmətinin rəhbər vəzifəli şəxsləri və əməkdaşlarının fərdi qaydada qəbul etdiyi vətəndaşların sayı isə 11 min 335 nəfər olub.
 
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər