Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu
Cəmiyyət
710
14 Jan 2025 | 18:08

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu

Bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında yaradılan "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxsə direktor təyin edilib.
 
TƏBİB-dən Moderator.az-a verilən məlumata görə, mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
 
Qeyd edək ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
 
O, 1970-ci ildə Yardımlı rayonunun Canaxbulaq kəndində anadan olub. 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsili alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur.
 
Xatırladaq ki, BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.
 
Eyni zamanda TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.
 
 
Link kopyalandı!
Son xəbərlər