Taksidə ancaq bu maşınlara icazə veriləcək? – Sürücülər təşviş içində
Cəmiyyət
895
14 Jan 2025 | 14:35

Taksidə ancaq bu maşınlara icazə veriləcək? – Sürücülər təşviş içində

Taksi sürücüləri arasında maraqlı müzakirə yayılıb. Onların bir çoxu yaxın vaxtlarda taksi şirkətlərinin əksəriyyətinin tamamilə yerli istehsal olan avtomobillərə keçəcəyini iddia edir. Sürücülərin fikrincə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş yerli yığım maşınlarla əvəz olunacaq. 
 
Moderator.az bildirir ki, yenisabah.az bu barədə sahəni bilən bir neçə şəxsin fikirini öyrənib. 
 
Onların fikrincə, ötən ilin iyulunda Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı verdiyi bir sıra qərarlardan sonra buraxılış ili köhnə olan və taksidə istifadə edilən nəqliyyat vasitələri dövriyədən çıxarılıb. Lakin indiki şəraitdə taksi xidməti ilə bağlı daha bir neçə dəyişiklik bu sektorunda ciddi problemlərə səbəb ola bilər.
 
Əvvəllər taksi fəaliyyəti göstərən şəxslərin bir çoxu maşınların artıq “yararsız” hesab olunması ucbatından işlərini itirib. İndiki şəraitdə növbəti “işsiz sürücülər” dalğasının formalaşmaması üçün taksi fəaliyyətində mövcud qaydaların saxlanılması ən yaxşı seçim olardı. 
 
Son illər fərdi nəqliyyat vasitələrində olduğu kimi, taksi və ictimai nəqliyyatda da ekoloji təmiz maşınlardan istifadə praktikası tətbiq olunur. Bu baxımdan, yaxın gələcəkdə taksi sektorunda yerli istehsal olan və yanacaq mühərrikli avtomobilləri yeni nəsil elektromobillərin əvəzləməsi real görünmür.
 
Qeyd edək ki, hazırda bir çox taksi şirkətlərinin avtoparkında hibrid və elektormobillərdən savayı, yerli yığım maşınlar da var. 
 
Link kopyalandı!
Son xəbərlər