Cəmiyyət
939
10:55, Bu gün

"Instagram"dan qızları məyus edəcək dəyişiklik - Ləğv edilir

Bugündən etibarən Meta sosial şəbəkələrlə bağlı dəyişiklik edir.
 
Meta 14 yanvar 2025-ci il tarixindən etibarən Meta Spark platformasını bağlayaraq Instagram və Facebook-da gözəllik filtrlərinin istifadəsinə son qoyur.
 
Bu platforma vasitəsilə istifadəçilər üz xüsusiyyətlərini dəyişdirən gözəllik filtrlərindən yaradıcı AR effektlərinə qədər müxtəlif vasitələrdən faydalana bilirdi. Lakin gözəllik filtrləri tez-tez estetik təsəvvürləri dəyişdirdiyi və bədən dismorfiyası kimi psixoloji problemlərə səbəb olduğu üçün tənqid edilirdi. Filtrlərin ləğvi ilə yüksək qarşılıqlı təsirə malik olan bu məzmunların təsirinin azalacağı gözlənilir.
 
Meta Spark dünya üzrə 2 milyondan çox fərdi artırılmış reallıq (AR) effekti yaratmağa imkan verən bir platforma idi. Lakin Meta, bu qərarı daha vacib məhsullara diqqət yetirmək məqsədilə qəbul etdiyini açıqlayıb. Şirkət, AR əsaslı yeni cihazlarını, xüsusən də Orion AR eynəklərini ön plana çıxarmağı hədəfləyir.
Link kopyalandı!
Son xəbərlər