Yaşlı sürücülər  üçün QƏRAR- BU NİŞANI MAŞINLARINA...
Cəmiyyət
2073
08:35, Bu gün

Yaşlı sürücülər  üçün QƏRAR- BU NİŞANI MAŞINLARINA...

Avropa İttifaqı (Aİ) Yaponiyada uzun illərdir istifadə edilən “köhnə sürücü” yol nişanını tətbiq etməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, sözügedən işarələrin ilkin olaraq AB ölkələrində istifadə edilməsi planlaşdırıldığı halda, dəyişikliyin gələcəkdə Türkiyəyə də təsir edə biləcəyi düşünülür.
 
Dünyada yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı hər gün artsa da, avtomobillərin təhlükəsizliyi istiqamətində atılan addımlar qeyri-kafi olaraq davam edir. 
 
Bu baxımdan, bir çox ölkələr yeni yol nişanları və sürücülük vəsiqəsinin verilməsi prosesində dəyişikliklərlə prosesi gücləndirmək üçün çalışarkən, Yaponiyada uzun müddətdir istifadə edilən işarə tezliklə Avropa ölkələrində də qüvvəyə minəcək. 
 
Avtomobili idarə etmək təhlükəli vəziyyətlərdə ciddi refleks bacarıqları tələb edə bilər. Bu səbəbdən yaşlı sürücülərin idarə etdiyi avtomobillərə qarşı hər zaman diqqətli olmaq lazımdır. Yaponiyada yol qanunvericiliyinə uyğun olaraq, "Koreija Sign" (Köhnə Sürücü İşarəsi) yaşı 75-dən yuxarı olan sürücünün idarə etdiyi avtomobillərdə digər sürücüləri xəbərdar etmək üçün istifadə olunur. 
 
Avropa İttifaqı (Aİ) sözügedən nişanı tezliklə bütün ölkələrdə etibarlı olacaq şəkildə tənzimləməyə hazırlaşarkən, bəzi ölkələrdə yaşı 70-dən yuxarı olan sürücülərin sürücülük vəsiqələrini yeniləməsi qadağan ediləcək. 
 
 
Link kopyalandı!
Son xəbərlər