Bizi sosial şəbəkələrdən izləyin:
Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Demokrat.az-a mərhumun yaxınları məlumat verib.
Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ş.Xanbabayev 23 oktyabr 2004-cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayonunun icra başçısı olub.