6.9 bal gücündə zəlzələ – YENİLƏNİB
Cəmiyyət
1268
13 Jan 2025 | 21:00

6.9 bal gücündə zəlzələ – YENİLƏNİB

Yaponiyanın üçüncü böyük adası olan Küsünün cənubundakı Miyadzaki prefekturasında baş verən 6,9 maqnitudalı zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.
 
Bu barədə seysmoloji xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
 
Qeyd edilir ki, zəlzələdən sonra dalğa hündürlüyü 1 m-ə qədər ola biləcək sunami təhlükəsi elan edilib, reallıqda isə bu, əksər yerlərdə 20 sm olub. Yaponiya Baş nazirinin ofisində yeraltı təkanlarla bağlı böhran qərargahı fəaliyyətə başlayıb.
 
Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə nəqliyyatın hərəkəti normaldır. Dəmir yolu xidməti də müvəqqəti bağlandıqdan sonra qrafikə uyğun işləyir.
 
****
 
Yaponiyanın Kyuysu adasının şərq sahilində Filippin dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib.
 
Zəlzələnin episentri Miyadzaki prefekturasının yaxınlığında 30 km dərinlikdə yerləşib.
 
Zəlzələdən sonra Yaponiya hakimiyyəti Miyadzaki və Koti prefekturaları üçün sunami təhlükəsi elan edib. Hakimiyyət insanları dənizdən uzaq durmağa və sahil xəttindən uzaqlaşmağa çağırır.
Link kopyalandı!
Son xəbərlər