Syerra-Leone prezidenti Azərbaycan Prezidentinə təyyarə qəzası ilə bağlı başsağlığı verib
Cəmiyyət
417
13 Jan 2025 | 20:05

Syerra-Leone prezidenti Azərbaycan Prezidentinə təyyarə qəzası ilə bağlı başsağlığı verib

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
 
Moderator.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
 
"2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.
 
Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
 
Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.
 
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər