Bakıda piyadanı vuran vəzifəli şəxs imiş - FOTO
Cəmiyyət
599
09:29, Bu gün

Bakıda piyadanı vuran vəzifəli şəxs imiş - FOTO

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.
 
Qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyində baş direktorun müşaviridir.
 
Xatırladaq ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.
Link kopyalandı!
Son xəbərlər