Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Moderator.az Report-a istinadən xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Həsənlidir.