Bizi sosial şəbəkələrdən izləyin:
Kaliforniyada yanğınların güclənməsi ilə əlaqədar ABŞ-nin ən çox ziyarət edilən muzeylərindən biri olan Qetti Muzeyindən təxliyə elan edilib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, Rubens, Rembrandt, Deqas, Mone və bir çox başqa ustadların rəsm əsərlərinin yer aldığı "Getty Center"in əməkdaşları təxliyə ediliblər.
Binada yalnız təhlükəsizlik işçiləri qalıblar.
Xatırladaq ki, 2017-ci ildə muzeyin ərazisinin bir hissəsi yanıb, lakin sərgiyə ziyan dəyməyib.