Şəhid anası yenidən məktəb direktoru oldu
Cəmiyyət
188
14:26, Bu gün

Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə yeni direktor təyin edilib.
 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, bu vəzifənin icrası Mehriban Sultanovaya həvalə olunub. O, bundan əvvəl Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini vəzifəsində çalışıb.
 
Qeyd edək ki, məlumatı bundan əvvəl "qafqazinfo" yayıb. Bildirilir ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.
 
Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N. Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. /modern.az/
 
Link kopyalandı!
Son xəbərlər