Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanın sənaye nəhəngi "Larsen & Toubro" şirkətinin top-meneceri Suxaripuram Subramanian işçilərin həftədə 90 saat işləməsi və bazar günləri də növbəyə çıxması tələbinə qarşı çıxdığını bildirib.
Subramanian öz iş rejimini nümunə göstərərək, işçilərini həftənin yeddi günü işləməyə məcbur edə bilsə, bundan məmnun qalacağını deyib.
"Evdə oturub nə edirsiniz? Arvadınıza nə qədər baxa bilərsiniz? Gedin ofisə və işləməyə başlayın", deyə Subramanianın sözləri sitat gətirilib.
O, Çin işçilərini nümunə gətirərək onların həftədə 90 saat işlədiklərini vurğulayıb və qeyd edib ki, ciddi əmək olmadan dünya zirvəsinə çatmaq mümkün deyil. Bununla belə, əlavə iş vaxtına görə ödəniş barədə heç bir açıqlama verməyib.