“Gələcəyin şəhəri” sakinlərini qarşılamağa hazırlaşır - Yaşamaq üçün yeganə şərt
Cəmiyyət
336
09:36, Bu gün

“Gələcəyin şəhəri” sakinlərini qarşılamağa hazırlaşır - Yaşamaq üçün yeganə şərt

Dünyaca məşhur yapon avtomobil nəhəngi “Toyota”  köhnə bir avtomobil fabriki ərazisində gələcəyin texnologiyalarının yaradılması məqsədilə inşa etdiyi “Woven City”nin ilk mərhələsinin tamamlandığını açıqlayıb.
 
Moderator.az Valyuta.az-a istinadən xəbər verir ki, dünyanın ilk "gələcəyin şəhəri" kimi təsvir edilən və “Toyota” tərəfindən inkişaf etdirilən “Woven City” Yaponiyanın Fuji dağının ətəyində ucalır. Hidrogen enerjisi, süni intellekt və qabaqcıl texnologiyalarla təchiz edilmiş bu qeyri-adi şəhər ilk sakinlərini qarşılamaq üçün günləri sayır. 10 milyard dollar dəyərində inşa edilən şəhərdə yaşayacaq sakinlərin kiraya pul ödəməyəcəyi bildirilib və layihə çərçivəsində gələcəyin texnologiyalarını inkişaf etdirmək hədəflənir.
 
 
10 MİLYARD DOLLARLIQ LAYİHƏ
 
2020-ci ildə elan edilən və 2021-ci ildə inşasına başlanan layihə 10 milyard dollarlıq investisiya ilə həyata keçirilib. Hidrogen yanacaq elementləri ilə təchiz edilmiş bu tam əlaqəli ekosistem innovasiya və davamlılıq məqsədləri nəzərə alınmaqla hazırlanıb. Bu şəhər gələcək texnologiyaların hazırlanması üçün laboratoriya rolunu oynayacaq.
 
 
İLK SAKİNLƏR ÜÇÜN GERİ SAYIM
 
Şəhər ilk mərhələdə qapılarını 100 nəfərə açmağa hazırlaşır. Burada pulsuz yaşayacaq sakinlər, təcrübə layihələrində iştirak edərək gələcəyin texnologiyalarına töhfə verəcək. Gələcəkdə ailələr və ev heyvanları ilə birlikdə bu say 2 min 200 nəfərə qədər artacaq.
 
 
Las-Veqasda keçirilən CES 2025 sərgisində təqdim edilən layihədə sakinlərin həyatını asanlaşdıracaq bir çox yeniliklər təqdim edilib:
 
-    Gecələr evə gedən səyahəti müşayiət edən dronlar, 
-    Yaşlılara dəstək olacaq süni zəka ilə işləyən evcil heyvanlar və gündəlik işləri idarə edəcək innovativ həllər.
Bundan əlavə, şəhərdə 300-dən çox avtomatik uçuş həyata keçirən uçan taksilər və avtonom idarəetmə sistemləri də sınaqdan keçiriləcək.
 
Layihə yalnız bir yaşayış məntəqəsi deyil, eyni zamanda yaradıcı fikirlərin sərbəst şəkildə test edilə biləcəyi bir innovasiya mərkəzi kimi təqdim olunur. Şəhərdə yaşayanlar texnologiyanın gündəlik həyatla birləşdiyi unikal bir ekosistemin hissəsi olacaqlar.
 
 
Şəhərin ilk sakinləri, “Toyota”nın keçmişdə toxuma dəzgahı istehsal edən bir şirkət olaraq qurulmasına işarə edilərək "Toxucular" adlandırılacaq.
 
“Toyota” CEO-su Akio Toyoda, şəhərin maddi qazanc əldə etməsini gözləmədiyini, lakin gələcəyin texnologiyalarının çıxacağı bir inkubasiya mərkəzi ola biləcəyini ifadə etdi.
Link kopyalandı!
Son xəbərlər