Azərbaycanlı qadın kikboksçu:
Cəmiyyət
292
00:16, Bu gün

Azərbaycanlı qadın kikboksçu: "Nişanlanacağım oğlanın ailəsi o fotonu görüb, pis vəziyyətdəyəm"

Azərbaycanlı kikboksçu Tulin Ələkbərova barəsində sosial media hesablarında yayılan montajlı şəkillərin silinməsini tələb edir.
 
Bu barədə o, Oxu.Az-a verdiyi açıqlamada qeyd edib.
 
Kikboksçu bildirib ki, onun şəkili qeyri-etik formada redaktə edilərək sosial media hesablarında yayılıb:
 
"Bir neçə gün bundan əvvəl Aysu Qəhrəmanova adlı idmançı tərəfindən mənəmmiş kimi bir şəkil montaj edilərək paylaşılıb. Mən həmin qızdan Abşeronda polis idarəsinə şikayət etmişəm. İki gün sonra qız idarəyə çağırıldı. O, şəkli öz telefonundan silib. Lakin bunu bütün sosial şəbəkə hesablarında yaymışdı. Öz "TikTok" hesabından da sildi. Üzr istəmədən, mən şikayəti geri çəkmədən qız çıxıb gedib. Bütün sosial şəbəkədə paylaşılan montajlı formada mənəmmiş kimi qələmə verilən şəkillərim başqasının qeyri-etik səsi ilə paylaşılıb. Əslində elə bir şey yoxdur. Mən sadəcə olaraq bundan narahatam. Mənim adımı pisə çıxardırlar, bu, karyerama mənfi təsir edir. Bir neçə tələbəmi buna görə itirmişəm. Ailəvi problem yaşayıram. Nişanlanacağım oğlanın ailəsi görüb. Pis vəziyyətdəyəm".
 
Tulin Ələkbərova bu məsələnin qloballaşmasını, problemin aradan qaldırılmasını, qızın isə cəzalandırılmasını istəyir:
 
"Hansı sosial şəbəkədə, mediada paylaşılıbsa, bunlar aradan götürülsün ki, mən normal həyatıma davam edim. Bütün platformalardan mən bunun silinməsini tələb edirəm."
 
Xatırladaq ki, kikboksçu Tulin Ələkbərova bir müddət əvvəl sevgilisi tərəfindən ölümcül döyülmüşdü.
Link kopyalandı!
Son xəbərlər