Bizi sosial şəbəkələrdən izləyin:
İranın dini rəhbəri Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli İran mediasında tənqidlərə məruz qalıb.
Musavat.com bu barədə Gunaz.tv-yə istinadən bildirir.
Bildirilir ki, məlum proses Azərbaycan Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29 dekabrda keçirilən mərasimdə Azərbaycan və Türkiyəyə qarşı işlədilən təhqiramiz ifadələrə görə İran hakimiyyətini tənqid edən açıqlamasından sonra başlayıb. İranın “Cümhuri İslam” qəzeti Ərdəbildə keçirilən mərasimə və orada səsləndirilən ifadələrə qarşı çıxıb, bunun qonşu ölkələrlə münasibətlərin gərginləşməsinə xidmət etdiyini yazıb. Qəzet Həsən Amulinin əyalətin mədəni hadisələri ilə bağlı baş verənlərə cavabdeh olduğunu xatırladıb, onun belə bir tədbir təşkil etməsinin, tədbirdə nalayiq ifadələrin işlədilməsinə göz yummasının başadüşülən olmadığını qeyd edib.