Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.
Bunu bu gün "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
"Paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq.
Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.
"Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay effektiv ola bilər", - deyə nazir müavini qeyd edib.