“Səs yazını paylaşsam Bakıya son gəlişin olar”- Aygün Bəylərin bacısından prodüsserə CAVAB-FOTO
Cəmiyyət
4154
09 Jan 2025 | 23:14

“Səs yazını paylaşsam Bakıya son gəlişin olar”- Aygün Bəylərin bacısından prodüsserə CAVAB-FOTO

Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova prodüser Sultan Mustafayevin onun haqda danışdığı sözlərə cavab verib. Mərhum sənətkarın bacısı Moderator.az -a açıqlamasında iddia edərək bildirib ki, adıçəkilən prodüser onu şantaj edir:
 
“Özünü tanımayan üstümə ad qoyur. Deyir ki, guya sübutlar var, əlində çox faktlar var. Amma mənim əlimdə həqiqətən də səs yazısı var. Mən o səsi paylaşsam Sultan məhv olar. Ağıllı olsun. 20 il olar ki, Aygün rəhmətlik onu saymırdı. Adını prodüser qoyub. Saysın da kimlərə prodüserlik edib? Aygün sonuncu konsertində belə ona bilet vermədi. Heç onunla görüşmədi də. Bu cılız adam özünü Aygünün adıyla şouya qatmaq istəyir. Mən ona sual verdim ki, sən kimsən ki, ailə işinə qarışırsan? Bütün bunlar hamısı Aynurun işləridir. Aynur xəcalətindən media qarşısına çıxa bilmədiyinə görə məcbur acizliyindən Sultanı qabağa verib. Sultan öyrəşib hamını şantajla reklam etməyə. Amma mənə belə şeylər keçməz. Ağıllı ol, səs yazısını unutma, mən paylaşsam sənin Bakıya son gəlişin olar” deyə sənətkarın bacısı bildirib.
 
Sənətkarın bacısı daha sonra Aygün haqda efirdə həqiqəti danışmayan jurnalistlərdən danışıb:
 
“Aygün bəlkə də 10 ildən çoxdur ki, telefon işlətmirdi. Telefona ya mən bacısı, ya da yaxın dostu cavab verirdi. Bəli, mən demişəm ki, media Aygünün sənətindən çox xəstəliyi ilə maraqlanıb. Çünki Aygün heç kimə reytinq verməyib. Sənəti ilə məşğul olub. Ölüdən istifadə edib, arxasınca danışıb reytinq qazanmaq doğru deyil. Aygün haqda onun sənətini bilən, onu tanıyanlar danışsın. Onu tanımayanlara Aygün haqda danışmağı qadağan edirəm” deyə sənətkarın bacısı bildirib.
Link kopyalandı!
Son xəbərlər