“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti-FOTOLAR
Cəmiyyət
865
09 Jan 2025 | 22:44

“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti-FOTOLAR

“76 yaşım tamam oldu. Hər zaman işlə məşğul olmuşam. İşimin başındayam. Nə qədər ki, canımda can var hər zaman səhnədə olacam. Nə yaşım var ki? Cavan oğlanam da (gülür). “Əliqulu bu gün evlənir” tamaşasını hazırladım. Heydər Əliyev adına sarayda yubileyim qeyd olundu. Sənətkar üçün bundan gözəl nə ola bilər?”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal deyib. O daha sonra əlavə edib.
 
“Seriallar, filmlər çəkilmir deyə mən çəkilmirəm. Dövlət sifarişi olan filmlərdə çəkilmək istərdim. “Azərbaycanfilm” kinostudiyası fəaliyyətsiz qalıb deyə film çəkilmir. Kino fabrikdir. Ora daimi işləməlidir. Təəssüf ki, biz bunu öz kinostudiyamız haqqında hələ ki, deyə bilmirik. O qədər rollar oynamışam ki, tamaşaçının yaddaşında qalmışıq. Əlbəttə ki, aktyor ömrünün axırına kimi çəkilmək istəyir. Onun başqa işi yoxdur axı. Hər zaman deyirəm ki, o sənət adamının ki, canında sağlamlıq var, o səhnəyə çıxmaq istəmirsə cinayətkardır. Ona görə də mən cinayətkar olmaq istəmirəm” deyə sənətkar bildirib.
İlham Namiq Kamal “Qaynana” filmini kino sahəsinin ən yaddaqalan filmi adlandırıb:
 
“ “Qaynana” filmindəki ifa etdiyim İlqar roluna Hacımurad Yegizarov, Fuad Poladov, Rafael Dadaşov, Cahangir Novruzov və bir neçə aktyor sınaqdan keçmişdi. 7-8 aktyor var idi. Hüseyn Seyidzadə çox prinsipial rejissor idi. Onun üçün nə tanışlığın əhəmiyyəti var idi, nə də başqa bir şeyin. Bu film yadigar qaldı. Mən hər zaman düşünürəm ki, ola bilərdi ki, mən 10-15 filmə çəkilərdim, “Qaynana”-ya çəkilə bilməzdim. Bu zaman pis olardım. Amma bir “Qaynana” filmi 20-30 filmə dəyər” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər