Rusiyadan Ermənistana xəbərdarlıq
Cəmiyyət
686
09 Jan 2025 | 22:29

Rusiyadan Ermənistana xəbərdarlıq

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq".
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini şərh edərkən deyib.
 
"Ermənistanda "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsinin müzakirəsini bu ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək", - Overçuk qeyd edib.
Link kopyalandı!
Son xəbərlər