Casusluqda ittiham olunan İsveçrə vətəndaşı İran həbsxanasında intihar edib
Cəmiyyət
611
09 Jan 2025 | 20:59

Casusluqda ittiham olunan İsveçrə vətəndaşı İran həbsxanasında intihar edib

İranda həbsdə olan İsveçrə vətəndaşı intihar edib.
 
APA IRNA-ya istidanən xəbər verir ki, bu barədə Semnan vilayətinin ədliyyə orqanı məlumat yayıb.
 
Qeyd edilib ki, casusluq ittihamı ilə həbs edilən İsveçrə vətəndaşı Semnan həbsxanasında intihar edib. Onu xilas etmək cəhdləri nəticə verməyib.
 
İsveçrə vətəndaşının kimliyi, həbs olunma vaxtı və ölüm şəraiti ilə bağlı məlumat verilməyib.
Link kopyalandı!
Son xəbərlər