Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı
Cəmiyyət
1378
08 Jan 2025 | 19:36

Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.
 
D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.
 
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
Link kopyalandı!
Son xəbərlər