Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.
O, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.
O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.
Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.
O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub. /Modern.az/