Cəmiyyət
1414
08 Jan 2025 | 11:46

"Dövlət qurumlarına kiberhücumlar 10 faiz az olub" - Dövlət Xidməti

Ötən il dövlət qurumlarına 1 069 kiberhücum indikatoru (IOC) müəyyən edilib ki, bu da 2023-cü illə müqayisədə 10,2 % azdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açılamasında qeyd olunur.
 
Məlumata görə, kibertəhdidlərin 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
 
Təkcə dekabrda isə 156 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 56 % çoxdur: "Ötən il “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd blok edilib", - məlumatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər