Bizi sosial şəbəkələrdən izləyin:
İstanbul dünyanın ən pis tıxaclara malik şəhərlərinin reytinqinə başçılıq edir.
Bu barədə “Inrix”in təhlilində bildirilir.
Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub. Tədqiqat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.
Analitiklərin fikrincə, şəhərdə tıxac vəziyyəti il ərzində 15% pisləşib. Bir il əvvəl Çikaqo reytinqdə lider idi. Üstəlik, 2018-ci ilin eyni reytinqinə görə, İstanbulda sürücülər tıxacda 157 saat, bir il əvvəl isə cəmi 59 saat vaxt keçiriblər.