Pensiyalarla bağlı ŞAD XƏBƏR! Bu tarixdən…
Cəmiyyət
1650
08 Jan 2025 | 09:09

Pensiyalarla bağlı ŞAD XƏBƏR! Bu tarixdən…

“Fevralın 1-dən minimum pensiyalar 320 manata çatdırılır və bu, 14 % artım deməkdir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.
 
O bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub.
 
“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək. Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”, – deyə sədr qeyd edib.
Link kopyalandı!
Son xəbərlər