Bizi sosial şəbəkələrdən izləyin:
Səbail rayonunda Əl Oyunları Sarayında tapılan 10 000 manat sahibinə qaytarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
“Min manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm”, - E.Hacıyev bildirib.
Qeyd edək ki, daha əvvəl Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşlarının 10 000 manat pul tapdığı bildirilib. DİN rəsmisi xahiş edib ki, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versin.