“Zəhərdən başqa bir şey deyil”-Alçanın fantastik qiyməti dodaq uçuqladır-ARAŞDIRMA
Cəmiyyət
1714
07 Jan 2025 | 21:36

“Zəhərdən başqa bir şey deyil”-Alçanın fantastik qiyməti dodaq uçuqladır-ARAŞDIRMA

Yanvar ayı olmasına baxmayaraq, marketlərdə və bazarlarda mövsümü olmayan meyvə-tərəvəzlərə rast gəlirik. Onların arasında çiyələk, alça, göyəm, ərik və s. qeyd etmək olar. Bu meyvələr təbii ki, istixana şəraitində yetişdirilir. Hətta istixanalarda yox, təbii şəraitdə yetişmiş, amma gübrələnmiş tərəvəzlərin də zərəri bəllidir. Mütəxəssislər bildirir ki, bu cür meyvələrin hazırda Azərbaycanda mövsümü olmadığı üçün xaricdən gətirilir. Ələxsus da uşaq və yaşlı insanlar üçün real təhlükə mənbəyidir.
 
Yerli bazarlardan birindən aldığımız məlumata görə alçanın 1 ədədi ölçüsündən asılı olaraq 6-7 manat arasında dəyişir. Kilosu isə hətta 500 manata qədər gəlib çıxır. Alça hazırda ölkəmizə daha çox Türkiyə və Perudan gətirilir. Alıcıları da az deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, mövsümü olmayan meyvələrin bazarda satış qiyməti sərbəstdir.
“Dövlət tərəfindən tənzimlənməyən mallar və xidmətlərin qiyməti istənilən cür ola bilər. Azad bazar iqtisadiyyatıdır. Yalnız bunu satanlar dövlətə vergi verməklə öz borclarını yerinə yetirməlidir. Qiymət sərbəstdir. Tələb varsa ki, qışın ortasında 7-8 manata alça olsun, demək ki, təklif də olacaqdır. Mən bir neçə il öncə Bakıda qış olanda Yeni Zellandiyaya getmişdim. Orada alça çıxmışdı. Öz-özümə düşündüm ki, bundan bir çamadan Bakıya aparsam kasıblığın daşını birdəfəlik atmaq olar. Ümumiyyətlə meyvələrin qiyməti müxtəlif ölkələrdə müxtəlifdir. Mən 2 gün öncə Filippindən gəlmişəm. Azərbaycanda az adamın çox ucuz qiymətə aldığı xurmanın bir qablaşdırması orada 2 dollardır. Baxmayaraq ki, Filippin ekzotik meyvələrlə zəngin bir ölkədir. Lakin Azərbaycanda bol olan həmin xurma Koreyadan Filippinə ixrac olunur, ikisi də bir dollardır. Belə qiymətlər dünyanın hər bir yerində var. Dövlət orqanları buna müdaxilə edə bilməz. O ki, qaldı onlardan gələn təhlükəyə... Əgər bu mövsümü olmayan meyvələr kimyəvi müdaxilələrlə yetişdirilməyibsə, normaldırsa heç bir qorxusu yoxdur. Əks halda o zəhərdən başqa bir şey deyildir və arzuolunmazdır. 
 
Yeri gəlmişkən xurma biznesi ilə məşğul olanlara bir təklifim də var. Buyursunlar, əlaqələr yaratsınlar və böyük bir bazara çıxsınlar. Böyük bir miqdarda əhalisi olan Manilada təkcə 10 milyon adam yaşayır. Böyük bir bazara çıxsınlar. Orada mən təkcə nar şirəsi gördüm. O da Amerikada və İranda istehsal olunmuş nar şirələri idi. Azərbaycanın orada heç bir malı yoxdur” deyə Eyyub Hüseynov dedi.
Link kopyalandı!
Son xəbərlər