Boşanan cütlükləri həbs cəzası gözləyir - ŞOK QƏRAR
Cəmiyyət
1465
07 Jan 2025 | 20:44

Boşanan cütlükləri həbs cəzası gözləyir - ŞOK QƏRAR

Şimali Koreya lideri Kim Çen In ölkədə bəzi yeni qadağalar tətbiq edib.
 
Şimali Koreya lideri ölkədə hot-doq yeməyini və cütlərin boşanmasını qadağan edib. Kim Çen In hot-doqu qərb yeməyi hesab etdiyndən onu yeyənləri xəyanətkar kimi cəzalanacağını bildirib. Hətta evlərində sosiska yeyənlərin əmək düşərgələrinə göndərildiyi bildirilir. İngiltərənin “The Sun” qəzetinə danışan ölkənin şimalındakı Ryanggangda bir şəxs “Bazarlarda budae-jjigae satışı qadağandır” deyib. Budae-jjigae Koreya və Amerika mətbəxinin qarışığı kimi tanınır. Bu yeməyə Koreya mətbəxindən kimçi, bulyon, noxud daxildir və kolbasa da istifadə olunur.
 
Digər tərəfdən, Kim Çen Inın boşanan cütlükləri də cinayətkar hesab edərək əmək düşərgələrinə göndərdiyi bildirilir. İddialara görə, boşanan cütlüklər 6 aya qədər əmək düşərgələrində saxlanılır. Kim Çen In boşan insanları anti-sosialistlər hesab edir. Boşanan qadınların daha uzun müddət əmək düşərgələrində qaldıqları bildirilir./KONKRET.az
Link kopyalandı!
Son xəbərlər