Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları TƏSDİQLƏNDİ
Cəmiyyət
1309
07 Jan 2025 | 16:20

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları TƏSDİQLƏNDİ

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları təsdiqlənib.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
 
Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:
 
- Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
 
- Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;
 
- Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
 
- Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat;
 
- Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat.
 
Link kopyalandı!
Son xəbərlər