Gələn həftə deputatların tətili başa çatır
Cəmiyyət
1296
07 Jan 2025 | 14:44

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftədən Azərbaycan Milli Məclisinin deputatlarının tətilləri başa çatır.
 
Moderator.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanının üzvlərinin tətili dekabrın 29-dan yanvarın 15-dək davam edəcək.
 
Parlamentin komitə iclaslarının keçirilməsinə də bu tarixdən başlanılacaq.
 
Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
 
Link kopyalandı!
Son xəbərlər