Qazaxıstan Nəqliyyat Nazirliyi:
Cəmiyyət
1308
07 Jan 2025 | 14:21

Qazaxıstan Nəqliyyat Nazirliyi: "Qara qutu"ların məlumatları Astanada araşdırılacaq"

"AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacaq".
 
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.
 
Qurum "qara qutu"ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi işinin gedişatını şərh edib.
 
"Yaxın günlərdə uçuş qeydiyyatçılarının ("qara qutu"ların) deşifrə edilmiş materialları ilə təyyarə qəzasını araşdıran komissiyanın üzvlərinin Astanaya gəlməsi gözlənilir", - deyə məlumatda vurğulanıb.
 
Bildirilir ki, ekspertlər gəldikdən sonra dərhal göstərilən uçuş qeydiyyatçılarının deşifrə edilmiş məlumatlarının öyrənilməsinə başlayacaqlar.
 
Qeyd edək ki, bir gün əvvəl Braziliya mətbuatı mənbələrə istinadən "qara qutu"ların məlumatlarının şifrəsinin açılmasının başa çatdığını xəbər verib.
 
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər