Azərbaycanda məktəblərin sayı azalıb?
Cəmiyyət
1314
07 Jan 2025 | 10:59

Azərbaycanda məktəblərin sayı azalıb?

Azərbaycanda son 1 ildə orta məktəblərin sayı azalıb. Elm və Təhsil Nazirliyinin 2024-cü təqvim ili hesabatına görə, Azərbaycanda ötən ilin sonlarında 4282 orta məktəb olub. Dövlət Statistika Komitəsinin 2023-cü tədris ilinə əhatə edən rəsmi məlumatına görə isə Azərbaycanda 4422 məktəb fəaliyyət göstərib.
 
Moderator.az xəbər verir ki, modern.az məktəblərin sayının azalması səbəbi ilə maraqlanıb və bu məqsədlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.
 
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, 2023-2024-cü tədris ili ərzində ölkə ərazisində fəaliyyət göstərən 149 məktəb rasionallaşdırılıb:
 
"Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Rasionallaşdırılmaya (tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb,  bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib"
 
Agentlik, həmçinin qeyd  edib ki, 2023-2024-cü tədris ilində 9 yeni tam orta ümumtəhsil məktəbi istifadəyə verilib.
 
"Qeyd edirik ki, rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır", - rəsmi açıqlamada deyilir.
Link kopyalandı!
Son xəbərlər